Mbappe: "İyulun sonunda PSJ-dən ayrılmaq istədiyimi rəhbərliyə bildirdim"

15:29 - 4 Oktyabr 2021

PSJ-nin hücumçusu Kilian Mbappe iyul ayında komandadan ayrılmaq istədiyini bildirib.

 

Sportal.az xəbər verir ki, fransalı forvard RMC Sport-a verdiyi açıqlamada kluba pul qazandırmaq üçün yayda PSJ-dən getmək istədiyini deyib:

 

"İyul ayının sonunda PSJ-dən ayrılmaq istədiyimi rəhbərliyə bildirdim. Ayrılıq istəyimi avqust ayının sonunda bildirdiyim barədə xəbərlər doğru deyil. PSJ mənə çox şey verdi. Burada 4 gözəl il keçirdim. Yayda PSJ-dən ayrılmaq istədim. Müqaviləm bitəndən sonra pulsuz getmək istəmədim. Çünki ayrılmağa qərar verdikdən sonra mənim yerimə səviyyəli futbolçu transfer etmək üçün kluba pul qazandırmaq istəyərdim".

 

Qeyd edək ki, yay transfer pəncərəsi zamanı Kilian Mbappenin "Real"a keçidi gündəmdə idi. PSJ rəhbərliyi Madrid klubunun 22 yaşlı futbolçu üçün etdiyi təklifi qəbul etmədi,

Xəbər xətti