Donnarumma: "Navasla problemim yoxdur"

19:47 - 6 Oktyabr 2021

PSJ-nin qapıçısı Canluici Donnarumma açıqlama verib.

 

Sportal.az xəbər verir ki, italiyalı qapıçı əsas heyətə az düşməsindən danışıb:

 

"Yeni kluba keçərkən ilk ayların ağır keçməsi normaldır. Mən öz istəyimlə PSJ-yə gəlmişəm. Komandamızda kiminləsə problemim yoxdur, eləcə də digər qapıçımız Keylor Navasla da. İnanıram ki, hər şey qaydasına düşəcək və möhtəşəm olacaq".

 

Donnarumma PSJ-dəki vəziyyətinin İtaliya yığmasında "bir nömrə" olması ilə müqayisə edilməsinin doğru hesab etməyib:

 

"Millidə vəziyyət fərqlidir. Roberto Mançininin qurduğu komandada hamı bir-birini çox yaxşı anlayır. Orada əsas qapıçıyam, amma bunu PSJ-dəki vəziyyətimlə müqayisə etmək düz deyil".

Xəbər xətti