Maliyyə çətinliyi yaşayan "Barselona" müdafiəçisi Samuel Umtiti ilə yollarını ayırmağa qərar verib.
Sportal.az xəbər verir ki, Fransa millisinin üzvü ilə qış fasiləsində yollar ayrılacaq. Katalonlar bu addımla maaş büdcəsinə qənaət etmək fikrindədir.
27 yaşlı müdafiəçi ilə ən yaxından maraqlanan klub son Türkiyə çempionu "Beşiktaş"dır.
Fransalı futbolçu 2016-cı ildə "Lion"dan "Barselona"ya keçib. Umtiti bu mövsüm rəsmi oyun keçirməyib.
saytlarin hazirlanmasi