Fransa UEFA Millətlər Liqasının finalında İspaniyanı 2:1 hesabı ilə məğlub edərək çempion olub.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra baş məşqçi Didye Deşam fikirlərini bildirib. 52 yaşlı mütəxəssis qürurlu və xoşbəxt olduğunu deyib:
"Oyunçularıma görə çox qürurlu və xoşbəxtəm. Geriyə düşsək də, istədiyimizi aldıq. Bu komandada istedaddan da üstün bir xarakter var. Rəqibimiz İspaniyanı səhv etməyə məcbur etdik və istədiyimizi almağı bacardıq".
saytlarin hazirlanmasi