Antuan Qrizmann Fransa milli komandasının tarixinə düşüb.
Sportal.az xəbər verir ki, 30 yaşlı forvard UEFA Millətlər Liqasının finalında İspaniya ilə oyunda millidəki 100-cü matçına çıxıb. Qrizmann Fransa yığmasında 100 və daha çox oyun keçirən 9-cu futbolçu olub.
Fransa millisində oyun sayına görə rekordçu Lilian Türamdır. Sabiq müdafiəçi yığmada 142 matça çıxıb.
Qeyd edək ki, Fransa milli komandası UEFA Millətlər Liqasının finalında İspaniyanı 2:1 hesabı ilə məğlub edərək, çempion olub
saytlarin hazirlanmasi