Fransa çempionatının 14-cü turunda "Lion" öz meydanında "Marsel"i qəbul edib.
Sportal.az xəbər verir ki, bu matç sona qədər oynanmayıb. 8-ci dəqiqədə meydan sahiblərinin azarkeşlərindən birinin rəqib oyunçu Dmitri Payetə atdığı su qabı futbolçunun başına dəyib. Qarşılaşmanın baş hakimi komandaları meydandan çıxarıb. Uzun sürən müzakirələrdən sonra oyunun davam etdirilməməsi qərara alınıb və görüş təxirə salınıb.
Qeyd edək ki, azarkeşlərin müdaxiləsinə görə, bu mövsüm 6-cı dəfədi ki, "Marsell"in oyunu təxirə salınır.
saytlarin hazirlanmasi