PSJ prezidentindən Zidan açıqlaması

11:02 - 1 Dekabr 2021

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Zinəddin Zidanın baş məşqçi postuna gətiriləcəyi iddiaları ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Paris təmsilçisinin rəhbəri bu xəbərləri təkzib edib. O, fransalı mütəxəssislə görüşmədiklərini bildirib:

 

"Zidanla heç vaxt görüşməmişik. Bizim baş məşqçimiz Maurisiyo Poçettinodur. Onunla birlikdə olmaqdan məmnunuq. Hərkəsin zamana ehtiyacı var".

 

Qeyd edək ki, Maurisiyo Poçettinonun PSJ ilə müqaviləsi 2023-cü ilin yayına kimidir.

Xəbər xətti