PSJ-nin hücumçusu Lionel Messi komandasının Fransa Kubokunda "Feni-Olnua"ya qarşı keçirəcəyi matçda iştirak etməyəcək.
Sportal.az xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Maurisiyo Poçettino argentinalı ulduza istirahət verib. Bu səbəbdən 34 yaşlı futbolçunun adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Feni-Olnua" - PSJ qarşılaşması bu gecə Bakı vaxtilə saat 00:10-da baş tutacaq.
saytlarin hazirlanmasi