Fransanın "Anje" klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb.
Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisinin 19 futbolçusunda koronavirus aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Virusa yoluxanların səhhəti normaldır.
"Anje" rəhbərliyi Liqa 1-in 20-ci turu çərçivəsində "Sent-Etyen"lə matçın təxirə salınması üçün federasiyaya müraciət edib.
saytlarin hazirlanmasi