Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel" klubunun 2 futbolçusu koronavirusa yoluxub.
Sportal.az xəbər verir ki, bu barədə Fransa klubunun baş məşqçisi Xorxe Sampaoli məlumat verib. Müdafiəçi Pol Lirola və yarımmüdafiəçi Konrad de la Fuentenin COVİD-19 testlərinin nəticəsi müsbət çıxıb. Futbolçular karantinə alınıb.
Qeyd edək ki, "Qarabağ"la "Marsel" arasında ilk oyun fervralın 17-də Fransada, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.
saytlarin hazirlanmasi