Tanınmış dicey Fer Palasio PSJ-nin hücumçusu Lionel Messini koronavirusa yoluxdurmaqda günahlandırılır.
Sportal.az xəbər verir ki, partidə Messi ilə şəkil çəkdirən Palasio sosial şəbəklərdə qatil adlandırılıb. Dicey "İnstagram" səhifəsində mövzu ilə bağlı çıqlama verib:
"Mən yenicə oyandım və çoxlu mesajlar aldım. "Twitter"də trenddəyəm, çünki Lionel Messinin COVİD-19 testi müsbət çıxıb. İnsanlar Messiyə koronavirusu mənim yoxuxdurduğumu deyirlər. Bəziləri mesajlarda məni “qatil” adlandırdılar və bu mənə çox pis təsir edir. Uruqvaya getməli olduğum üçün COVİD-19 testi verdim. Nəticəsi mənfi çıxdı, məndə koronavirus yoxdur".
saytlarin hazirlanmasi