Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel"in daha 5 futbolçusu koronavirusa yoluxub.
Sportal.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. Arkadiuş Milik, Stiv Mandanda, Jerson Santos, Alvaro Qonsales və Valenten Ronjyenin test nəticələri müsbət çıxıb. Bu futbolçular komandanın son məşqində iştirak etməyiblər.
Daha əvvəl "Marsel"in futbolçuları Pol Lirola və Konrad de la Fuente koronavirusa yoluxub.
Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.
saytlarin hazirlanmasi