"Qarabağ"ın rəqibi 44 il sonra bunu bacardı

15:41 - 8 Yanvar 2022

Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel" Fransa çempionatının 20-ci turunda səfərdə "Bordo"nu 1:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, bu qələbənin Xorxe Sampaolinin komandası üçün xüsusi əhəmiyyəti olub. "Marsel" rəqibini məğlub etməklə 44 ildən sonra "Bordo" üzərində səfər qələbəsi qazanıb. 

 

Bu qələbə sayəsində "Marsel" 36 xalla 2-ci pilləyə yüksələrək, lider PSJ ilə xal fərqini 10-a endirib.

 

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Xəbər xətti