"Qarabağ"ın rəqibinin futbolçusu "Çelsi" yolunda

18:30 - 8 Yanvar 2022

Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel"in yarımmüdafiəçisi Bubakar Kamara komandanı tərk edə bilər.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı futbolçu ilə "Çelsi" yaxından maraqlanır. Tərəflər arasında danışıqlar davam edir. Bubakarın London təmsilçisindən gələn təklifi qəbul edəcəyi bildirilir.

 

Qeyd edək ki, Bubakar Kamara "Marsel"in yetirməsidir. Gənc oyunçu cari mövsümdə Fransa klubunun heyətində meydana çıxdığı 21 matçda 1 qol vurub.

Xəbər xətti