PSJ qapıçısını itirdi

19:49 - 15 Yanvar 2022

PSJ-nin qapıçısı Keylor Navas koronavirusa yoluxub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, onun COVİD-19 testi müsbət çıxıb. 35 yaşlı qolkiper karantinə alınıb. Kostarikalı "əlcək sahibi" Fransa çempionatının 21-ci turunun "Brest"lə matçının heyətindən çıxarılıb.

 

Qeyd edək ki, PSJ - "Brest" matçı bu gecə Bakı vaxtilə saat 00:00-da baş tutacaq.

Xəbər xətti