PSJ-nin ulduz futbolçusu Lionel Messi antirekorda imza atıb.
Sportal.az xəbər verir ki, 35 yaşlı hücumçu Fransa Liqa 1-də meydana çıxdığı 12 oyunda 1 qol vurub. Bu, argentinalı oyunçunun daxili çempionatlardakı ən pis göstəricisidi.
PSJ ötən gecə XXII turda "Reims"i 4:0 hesabı ilə məğlub edib. Messi həmin qarşılaşmanın 63-cü dəqiqəsində meydana daxil olub və fərqlənə bilməyib.
Lionel Messi bu mövsüm bütün turnirlərdə 17 matça çıxıb, 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi