UEFA "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel"i cərimələyib.
Sportal.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Buna komandanın azarkeşlərinin Avropa Liqasının qrup mərhələsinin IV turunda "Lokomotiv"lə matçdakı (1:0) hərəkətləri səbəb olub. Fanatları priotexniki vasitələrdən istifadə etdiyindən "Marsel" səbəbindən 17 500 avro məbləğində cərimə olunub.
"Qarabağ" "Marsel" ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.