Serxio Ramos karyerasını bitirə bilər

13:14 - 4 Fevral 2022

PSJ-nin futbolçusu Serxio Ramos karyerasını bitirə bilər.

Sportal.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşrinə fransız həkim Jan Marsel Ferre məlumat verib. Ramosun tez-tez zədələnməsinin sümüklərindəki zəifliklə əlaqəli olduğunu bildirən mütəxəssis bu amilin onun karyerasına son qoya biləcəyini qeyd edib. 

Serxio Ramos PSJ-yə 16 il formasını geyindiyi Madrid "Real"ından keçib. 

Xəbər xətti