Pişiyinə təpik vurarkən videosu yayılan "Vest Hem"in müdafiəçisi Kurt Zuma Fransa millisindən kənarda qalacaq
Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu Cənubi Afrika Respublikası və Fil Dişi Sahili ilə keçiriləcək yoldaşlıq görüşlərində heyətdə yer almayacaq. ESPN-in məlumatına görə, baş məşqçi Didye Deşam Zumaya dəvət göndərməyəcək.
Bundan başqa "Adidas" şirkəti Kurt Zuma ilə reklam əməkdaşlığını dayandırıb. Mərkəz müdafiəçisinin klubu "Vest Hem" isə onu 250 min funt-sterlinq məbləğində cərimələyib.
saytlarin hazirlanmasi