PSJ son dəqiqə qolu ilə sevindi - VİDEO

12:14 - 12 Fevral 2022

Fransa I Liqasında 24-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, lider PSJ doğma meydanda "Renn"i qəbul edib. Qarşılaşma Paris təmsilçisinin minimal hesablı qələbəsiylə başa çatıb. 

 

Xallarını 59-a yüksəldən PSJ liderliyini davam etdirir. Maurisiyo Poçettinonun komandası ən yaxın izləyicisi "Marsel"i 16 xal qabaqlayır. 37 xal toplayan "Renn" isə 5-ci pillədədir.

 

PSJ - "Renn" 1:0

Qol: Kilian Mbappe, 90+3

 

Xəbər xətti