"Qarabağ"ın rəqibi səfərdən 3 xalla döndü - VİDEO

12:44 - 14 Fevral 2022

Fransa I Liqasında 24-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel" səfərdə "Mets"in qonağı olub. Matç Xorxe Sampaolinin yetirmələrinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 46-ya yüksəldən "Marsel" lider PSJ-dən 13 xal geridə olmaqla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 20 xal toplayan "Mets" isə 19-cu yerdədir.

 

"Mets" - "Marsel" 1:2

Qollar: Həbib Mayqa, 52 - Sedrik Bakambu, 26, Arkadiuş Milik, 82

 

Xəbər xətti