PSJ Mbappeyə fantastik maaş təklif edəcək

17:52 - 17 Fevral 2022

Fransanın PSJ klubu Kilian Mbappeni komandada saxlamaqda maraqlıdır.

 

Sportal.az xəbər verir ki, Paris təmsilçisi 23 yaşlı hücumçuya fantastik maaş təkif etməyə hazırlaşır. PSJ fransalı forvarda həftəlik 1 milyon avro qazanacağı yeni müqavilə təklif edəcək.

 

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Fransa millisinin üzvünün Madrid "Real"ına keçəcəyi gözlənilir.

Xəbər xətti