PSJ Mbappeni razı salmaq üçün Fransa prezidentinə müraciət edəcək

12:51 - 18 Fevral 2022

Fransanın PSJ klubu Kilian Mbappeni komandada saxlamaqda israrlıdır.

 

Sportal.az xəbər verir ki, İngiltərə mətbuatı maraqlı iddia irəli sürüb. "Mirror" nəşrinin yazdığına görə, Paris təmsilçisinin rəhbərliyi Fransa prezidenti Emmanuel Makrona zəng edərək 23 yaşlı hücumçunu razı salmasını istəyəcək.

 

Liqa 1 təmsilçisi daha əvvəl Mbbapeni komandada saxlamaq üçün ona həftəlik 1 milyon avro qazanacağı müqavilə təklif etməyi planlaşdırmışdı.

 

Qeyd edək ki, Fransa millisinin üzvünün PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Onun İspaniyanın "Real" klubuna keçəcəyi gözlənilir.

Xəbər xətti