"Marsel"in futbolçusu Matteo Genduzi Liqa 1-də "Klermon"a uduzduqları oyundan (0:2) sonra fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, fransalı yarımmüdafiəçi matçla bağlı bunları deyib:
"Qol vurmalı idik. İmkanlarımız olsa da, dəyərləndirə bilmədik. "Klermon" bura bəlkə də 1 xal üçün gəlmişdi, amma 2 dəqiq zərbə endirdilər və qol oldu. Yaxşı oynamadıq. Yenə də çempionatı 2-ci sırada bitirmək şansımız var. Növbəti oyun "Qarabağ"ladır. Bu oyun ilə qələbə seriyamıza başlamalıyıq. Məğlubiyyətlər futbolun bir parçasıdır".
"Qarabağ" - "Marsel" matçı fevralın 24-də Bakıda keçiriləcək. Komandalar arasındakı ilk görüşdə fransızlar 3:1 hesablı qələbəyə sevinib.