"Serxio Ramos transferi təəssüf ki, planlaşdırdığımız kimi olmadı"

18:55 - 3 Mart 2022

PSJ-nin idman direktoru Leonardo Arauxo Serxio Ramosun transferi haqda danışıb.

 

Sportal.az xəbər verir ki, braziliyalı funksioner ispaniyalı müdafiəçinin gözləntiləri doğrultmadığını bildirib:

 

"Serxio Ramos transferi təəssüf ki, planlaşdırdığımız kimi olmadı. Müqavilə imzaladığımız zaman fiziki olaraq yaxşı durumda idi. Amma bu günə qədər cəmi beş matçda meydana çıxıb".

 

Qeyd edək ki, Serxio Ramos PSJ-yə mövsümün əvvəlində azad agent statusu ilə keçib. 35 yaşlı müdafiəçi Paris klubu ilə 2 illik müqavilə imzalayıb.

Xəbər xətti