Fransanın "Nitsa" klubu futbolçusu Dante ilə müqaviləni yeniləyib.
Sportal.az xəbər verir ki, 38 yaşlı müdafiəçi ilə sözləşmənin müddəti 2023-cü ilin yayına qədər artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Dante 2016-cı ildən "Nitsa"da çıxış edir. Braziliyalı futbolçu cari mövsümdə Liqa 1 klubunun heyətində meydana çıxdığı 28 oyunda 1 qol ötürməsi ilə yadda qalıb.