Messidən ən pis göstərici

16:11 - 7 Mart 2022

PSJ-nin hücumçusu Lionel Messi karyerasının ən uğursuz oyunlarından birini keçirib.

 

Sportal.az xəbər verir ki, argentinalı ulduz futbolçu Fransa çempionatının 27-ci turunun "Nitsa" ilə matçında 90 dəqiqə ərzində qapıya zərbə vura bilməyib. 34 yaşlı oyunçu sonuncu dəfə bu halı 2009/2010 mövsümündə yaşayıb.

 

Qeyd edək ki, "Nitsa" - PSJ qarşılaşması meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb.

Xəbər xətti