UEFA Fransanın "Marsel" klubunu cəzalandırıb.
Sportal.az xəbər verir ki, buna səbəb UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində keçirilən "Marsel" - "Qarabağ" oyununda tribunalarda qondarma bayraqların görünməsidir. Bu səbəbdən klub 40 min avro cərimə olunub.
Qeyd edək ki, bəzi təxribatçı və irqçi azarkeşlər "Velodrom" stadionuna “Dağlıq Qarabağ Respublikası”nın "bayraq"larını keçirmişdilər.
saytlarin hazirlanmasi