PSJ Poçettinonu istefaya göndərəcək

11:25 - 10 Mart 2022

Maurisiyo Poçettino PSJ-nin baş məşqçisi postundan gedə bilər.

 

Sportal.az xəbər verir ki, Paris təmsilçisinin Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırması rəhbərliyi düşünməyə vadar edib.

 

PSJ-nin Poçettino ilə yola davam etməyəcəyi dəqiqdir. "L'Equipe" nəşrinin məlumatına görə 50 yaşlı mütəxəssisin istefası indi baş verə bilər. Lakin mövsümün sonunda olacağı daha real görünür.

 

Qeyd edək ki, PSJ Çempionlar Liqasında "Real"a 1:3 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb. Paris təmsilçisi 10 gün əvvəl Fransa Kuboku ilə də vidalaşmışdı. Komanda Liqa 1-in son turunda isə "Nitsa"ya 0:1 hesabı ilə məğlub olub.

Xəbər xətti