Neymar məşqə sərxoş halda gəlir

16:44 - 22 Mart 2022

PSJ-nin hücumçusu Neymar intizamsız davranışları ilə gündəmə gəlib.

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu son günlər məşqlərdə tapşırıqları yerinə yetirmir, klubun bazasına sərxoş halda gəlir. Bu barədə "RMC Sport" məlumat yayıb.

 

Qeyd edək ki, Neymar cari mövsümdə PSJ-nin heyətində meydana çıxdığı 21 oyunda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti