Ulduz futbolçunun qızıl medalı oğurlandı

16:28 - 23 Mart 2022

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqbanın evi qarət olunub.

 

Sportal.az xəbər verir ki, qarətçilər 29 yaşlı yarımmüdafiəçinin Fransa millisi ilə DÇ-2018-də qazandığı qızıl medalı da oğurlayıb. Bu barədə Poqba özü açıqlama verib. Soyğunçular qızıl medalla yanaşı futbolçunun anasına məxsus qızıl-zinyət əşyalarının olduğu seyfi də aparıblar.

 

Qeyd edək ki, oğurluq hadisəsi Çempionlar Liqası 1/8 final mərhələsinin "Mançester Yunayted" - "Atletiko" oyunu (0:1) zamanı baş verib.

Xəbər xətti