Hakimi PSJ-dən ayrılmaq istəyir

12:44 - 25 Mart 2022

PSJ-nin futbolçusu Əşrəf Hakimi komandadan ayrılmaq istəyir.

 

Sportal.az xəbər verir ki, mərakeşli müdafiəçi komanda daxilində olan qütbləşmədən narahatdır və buna görə də Paris təmsilçisində qalmaq istəmir. Məlumatı "RMC Sport" yayıb. 23 yaşlı sağ cinah müdafiəçisi mövsümün sonunda komandanı tərk etməyi planlaşdırır.

 

Qeyd edək ki, Əşrəf Hakimi PSJ-yə mövsümün əvvəlində "İnter"dən transfer olunub. Mərakeş millisinin üzvü Liqa 1 klubunun heyətində meydana çıxdığı 32 matçda 3 qol və 4 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti