Azarkeşlər Ramosu fitə basdılar

17:31 - 4 Aprel 2022

PSJ-nin müdafiəçisi Serxio Ramos Liqa 1-də “Loryan”la ev oyununda (5:1) 72-ci dəqiqədə meydana daxil olub.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı ispaniyalı futbolçu yanvarın 23-dən sonra ilk dəfə meydana çıxıb. Paris klubunun azarkeşləri Ramosun topa hər toxunuşu zamanı onu fitə basıblar.

 

Serxio Ramos zədə səbəbindən bu mövsüm PSJ-də cəmi 6 oyun keçirib və 1 qol vurub.

Xəbər xətti