Baş məşqçi ilə mübahisə edən futbolçunun müqaviləsi ləğv olundu

20:52 - 8 Aprel 2022

Fransanın "Lill" klubu Hatem Ben Arfa ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki. Liqa 1 təmsilçisi fransalı yarımmüdafiəçinin müqaviləsini ləğv edib.

 

35 yaşlı futbolçunun komandadan göndərilməsinə səbəb baş məşqçi Joslen Qruvenneklə mübahisə etməsi olub. Fransa millisinin keçmiş üzvü baş məşqçinin sistemini bəyənmədiyini bildirmişdi.

 

Ben Arfa "Lill"ə yanvar ayında azad agent statusu ilə keçmişdi. O, meydana çıxdığı 9 oyunda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti