UEFA "Marsel"i cəzalandırıb.
Sportal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Fransa təmsilçisinin azarkeşlərinin Konfrans Liqasının 1/4 final mərhələsində PAOK-la ev oyunundakı (2:1) davranışları səbəb olub.
Fanatların matçdan öncə rəqib komandanın azarkeşlərinə hücum etməsi, oyun vaxtı tribunada fişəng yandırması və meydana yad əşyalar atması klubun 98 000 avro cərimələnməsi ilə nəticələnib. Bundan başqa, UEFA priotexniki vasitələrin istifadə olunduğu tribunaların bağlanmasına qərar verib.
Fransa klubu bu mövsüm "Qarabağ"a qarşı pley-off və İsveçrə "Bazel"i ilə 1/8 final mərhələsinin ev oyunlarından sonra da bənzər hadisələrə görə cərimə ödəmək məcburiyyətində qalmışdı.