Məşhur futbolçu karyerasını bitirir

"Monako"da çıxış edən Sesk Fabreqas karyerasını bitirməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, bu barədə "French Football News" məlumat yayıb. İspaniyalı yarımmüdafiəçi mövsümün sonunda zədə səbəbindən futbolla vidalaşmaq qərarına gəlib.

 

İspaniya millisinin sabiq üzvünün "Monako" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Fransa klubu 34 yaşlı futbolçu ilə yeni sözləşmə imzalamağı düşünmür. 

 

Qeyd edək ki, Fabreqas 2019-cu ildən "Monako"da çıxış edir. Təcrübəli oyunçu cari mövsümdə "knyazlıq" təmsilçisinin heyətində 5 oyunda meydana çıxıb.

Tarix: 25 Aprel [22:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio