Fransa Liqa 1-də mövsümün ən yaxşı oyunçusu məlum olub.
Sportal.az xəbər verir ki, mövsümün ən yaxşısı adına PSJ-nin hücumçusu Kilian Mbappe layiq görülüb. Bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
23 yaşlı forvard ardıcıl 3-cü dəfə bu mükafata layiq görülüb.
Mbappe bu mövsüm çempionatda 33 oyunda 24 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi