Fransa çempionu PSJ Anxel Di Mariya ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, məlumatı Paris təmsilçisinin rəsmi saytı yayıb. Argentinalı hücumçunun başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Anxel Di Mariya PSJ-yə 2015-ci ilin yayında "Mançester Yunayted"dən keçib. 34 yaşlı futbolçu paytaxt klubunun heyətində keçirdiyi 7 mövsüm ərzində 18 titul qazanıb. O, 91 qol və 111 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi