PSJ-nin yeni baş məşqçisi müəyyənləşdi

19:20 - 21 İyun 2022

Mauritsio Poçettino ilə yollarını ayırmağa hazırlaşan PSJ yeni baş məşqçisi müəyyənləşmək üzrədir.


Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi "Nitsa"nı çalışdıran Kristof Qaltye ilə razılıq əldə edib. PSJ 55 yaşlı mütəxəssis üçün Liqa 1 klubuna 10 milyon avro təzminat ödəyəcək.


Mauritsio Poçettino ilə yollar ayrıldıqdan sonra ona və köməkçilərinə ümumilikdə 15 milyon avro təzminat ödəniləcək.

Xəbər xətti