Fransanın "Marsel" klubunda baş məşqçi ayrılığı gerçəkləşib.
Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi Xorxe Sampaoli ilə yollarını ayırıb. Məlumatı klubun rəsmi saytı yayıb. 62 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Xorxe Sampaoli 2021-ci ilin mart ayından "Marsel"i çalışdırırdı. Komanda argentinalı mütəxəssisin rəhbərliyi altında son mövsümdə Fransa çempionatını 2-ci pillədə başa vurub.
Qeyd edək ki, "Marsel" Avropa Konfrans Liqasının pley-off mərhələsinin hər iki oyununda "Qarabağ"ı məğlub etmişdi - 3:1;3:0.
saytlarin hazirlanmasi