PSJ müdafiəçi ilə müqavilə imzalayıb icarəyə verdi

16:22 - 7 İyul 2022

Fransanın PSJ klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Paris təmsilçisi Kolin Daqba ilə sözləşməni yeniləyib. 23 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2025-ci ilin yayına qədər artırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Fransalı futbolçu "Strasburq"a icarəyə verilib. O, 2022/2023 mövsümünü Liqa 1 klubunda keçirəcək.

 

Kolin Daqba son mövsümdə PSJ-nin heyətində 6 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti