PSJ-nin baş məşqçisi Kristof Qaltye nizam-intizamla bağlı bəzi qaydalar tətbiq edib.
Sportal.az xəbər verir ki, 55 yaşlı mütəxəssis futbolçulara yemək vaxtı telefon işlətməyi qadağan edib. Bundan əlavə məşqə üzrlü səbəb olmadan gecikən oyunçular hazırlıq prosesinə buraxılmayacaq.
Qeyd edək ki, Kristof Qaltye PSJ-nin baş məşqçisi postunda Mauritsio Poçettinonu əvəz edib. Fransalı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb.
saytlarin hazirlanmasi