PSJ-də Mbappe şoku: Mövsümün ilk matçında oynamayacaq

14:21 - 6 Avqust 2022

PSJ Fransa Liqa 1-in ilk turu çərçəvəsində səfərdə "Klermon"un qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Paris təmsilçisi bu qarşılaşmaya ciddi itki ilə çıxacaq. Komandanın liderlərindən olan Kilian Mbappe zədə səbəbindən səfər oyununda meydana çıxa bilməyəcək. Bu barədə klubun rəsmi saytı məlunat yayıb.

 

Qeyd edək ki, "Klermon" - PSJ matçı bu gecə Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

Xəbər xətti