Əfsanəvi futbolçu Mbappe ilə Haaland arasında seçim etdi

19:21 - 7 Sentyabr 2022

Fransa millisinin keçmiş üzvü Tyerri Anri Kilian Mbappe ilə Erlinq Haalandı müqayisə edib.

 

Sportal.az xəbər verir ki, əfsanəvi hücumçu PSJ-nin forvardının "Mançester Siti"də çıxış edən həmkarından daha üstün olduğunu deyib:

 

"Mbappe daha çox keyfiyyətləri olan hücumçudur. Həm yarada bilir, həm də bitirə bilir. Haaland isə sadəcə bitiricilik işində yaxşıdır. Mbappe mərkəzdə, sağda və solda oynaya bilir, Erlonq isə yalnız mərkəzdə oynamağı bacarır. Mbappe möhtəşəm oyunçudur. PSJ ötən mövsüm onunla "real"ı məğlub edib Çempionlar Liqasını qazana bilərdi. Qaçırdıqları epizodlarda Mbappe orada olsaydı, bir və ya 2 qol vura bilərdilər. Mənim seçimim Kilian Mbappedir".

Xəbər xətti