"Nant"ın baş məşqçisi "Qarabağ"la oyuna kimi qovula bilər

14:16 - 8 Sentyabr 2022

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Nant" Antuan Kombuare ilə yollarını ayıra bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Klub rəhbərliyinin 58 yaşlı mütəxəssisin işindən narazı olduğu bildirilir.

 

"Nant" bu gün Avropa Liqasında "Olimpiakos"u qəbul edəcək. Komanda bu oyunda qalib gələ bilməsə, Kombuare istefaya göndərilə bilər.

 

"Nant" bu mövsüm Liqa 1-də 6 oyunda 1 qələbə qazanıb və 13-cü sıradadır.

 

Xatırladaq ki, "Qarabağ" "Nantı"ı sentyabrın 15-də Bakıda qəbul edəcək. İkinci görüş isə oktyabrın 27-də Fransada keçiriləcək.

Xəbər xətti