"Nant" "Qarabağ"la oyundan əvvəl məğlub oldu - VİDEO

19:05 - 11 Sentyabr 2022

Fransa Liqa 1-də VII turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Nant" səfərdə "Loryen"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsiylə başa çatıb.

 

7 turdan sonra 6 xal toplayan "Nant" Turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, "Qarabağ" 15 sentyabr tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda "Nant"ı qəbul edəcək.

 

Xəbər xətti