"Fənərbaxça" Avropa Liqası qrup mərhələsinin ikinci turunda səfərdə "Renn"in qonağı olacaq.
Sportal.az xəbər verir ki, Fransa klubu bu görüşə ciddi itki ilə çıxacaq.
Liqa 1 təmsilçisinin yarımmüdafiəçisi Baptiste Santamariya sıradan çıxıb. Ölkə çempionatının "Oser"lə matçında (5:0) zədələnən 27 yaşlı futbolçunun durumu ciddidir. Təcrübəli oyunçu 4-5 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Renn" - "Fənərbaxça" matçı 15 sentyabr tarixində, Bakı vaxtilə saat 23:00-da start götürəcək.