"Lans"ın baş məşqçisi Antuan Kambuare Fransa çempionatının 8-ci turunun "Lans"la matçında əvvəl mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, 59 yaşlı mütəxəssis Avropa liqası qrup mərhələsinin "Qarabağ"la matçından sonra komandada məyusluq olduğunu bildirib:
"Qarabağ"la matçdan sonra futbolçularda məyusluq və qəzəb var. Çünki məğlub olmağı sevmirik. Artıq bütün diqqətimizi "Lans"la qarşılaşmaya yönəltmişik. Yaxşı oyun sərgiləmək niyyətindəyik. Futbolçulara inanıram. Qələbəyə çox ehtiyacımız var".
Qeyd edək ki, "Qarabağ" - "Nant" qarşılaşması Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.
saytlarin hazirlanmasi