"Barselona"nın müdafiəçisi millinin oyununda zədələndi

14:04 - 23 Sentyabr 2022

Fransa milli komandasının heyətində ciddi itki baş verib.


Sportal.az xəbər verir ki, ikiqat dünya çempionlarının müdafiəçisi Jül Kunde sıradan çıxıb. 24 yaşlı müdafiəçisi UEFA Millətlər Liqasının Avstriya ilə matçında (2:0) zədələnərək meydanı tərk edib.


Kunde yığma komandanın düşərgəsindən ayrılıb. O, tibbi müayinədən keçmək üçün klubu "Barselona"ya geri qayıdıb.


Qeyd edək ki, Fransa milli komandası Millətlər Liqası qrup mərhələsinin son turunda sentyabrın 25-i səfərdə Danimarkanın qonağı olacaq.

Xəbər xətti