Jiru Fransa millisinin tarixinə düşdü

14:58 - 23 Sentyabr 2022

"Milan"ın hücumçusu Olivye Jiru Fransa milli komandasının tarixinə düşüb.

 

Sportal.az xəbər verir ki, təcrübəli forvard buna UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turunun Avstriya ilə matçında (2:0) fərqlənməklə nail olub. 

 

65-ci dəqiqədə komandasının ikinci qolunu vuran Jiru Fransa millisinin heyətində qol sevinci yaşayan ən yaşlı futbolçu kimi adını yazdırıb. O, bu göstəriciyə 35 yaş 357 günlüyündə imza atıb.

 

Əvvəlki rekord Rocer Marka məxsus olub. O, 1959-cu ilin dekabrında İspaniya ilə görüşdə 35 yaş 287 günlüyündə qol vurub.

 

Qeyd edək ki, Olivye Jiru 2011-ci ildən Fransa yığmasına dəvət alır. Futbolçu millinin heyətində meydana çıxdığı 113 matçda 49 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti